“Barselona” Oskarı Avropaya qaytarır
İspaniyanın “Barselona” klubu Çin təmsilçisi “Şanxay Port”da çıxış edən Oskarı transfer etmək istəyir.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi 30 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Barselona” Oskar üçün Çin klubu ilə danışıqlara başlayıb.
Braziliyalı futbolçu da Avropaya qayıtmağa və “Barselona”da çıxış etməyə müsbət yanaşır.
Daha əvvəl Braziliyada “San Paulo”, “İnternasional”, İngiltərədə “Çelsi”də çıxış edən Oskar 2017-ci ilin yanvarından “Şanxay Port”un uğurları üçün çalışır. Yarımmüdafiəçi Çin klubu ilə 170 oyunda 50 qol vurub, 93 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin