
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
İspaniyanın “Barselona” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Erik Qarsiya zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
La Liqanın 20-ci turunun “Qranada” ilə səfər matçında zədələnən Qarsiyanın son durumu tibbi müayinədən sonra bilinəcək.
“Qranada” – “Barselona” matçı 1:1 hesabıyla bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin