“Barselona” Setyenlə yollarını ayıracaq

İspaniyanın “Barselona” klubu baş məşqçisi Kike Setyenlə yollarını ayıracaq.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Xəbərdə, Setyenin baş məşqçi postundan göndəriləcəyi və bunun yaxın zamanda rəsmiləşəcəyi bildirilib.

“Barselona” dünən Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya”ya 2:8 hesabıyla məğlub olaraq turnirlə vidalaşıb.

2020-ci ilin yanvarından “Barselona”nı çalışdıran Setyenin müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button