“Barselona” 12 futbolçusunu sata bilər

İspaniyanın “Barselona” klubu 12 futbolçusunu sata bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Kataloniya təmsilçisi yayda qapıçı Neto, müdafiəçilər Nelson Semedo, Samuel Umtiti, Junior Firpo, yarımmüdafiəçilər İvan Rakitiç, Arturo Vidal, hücumçular Martin Breytveyt və Osman Dembele üçün gələn təklifləri dəyərləndirəcək.

Bununla yanaşı, “Barsa” hazırda icarədə olan Jan-Kler Todibo, Karles Alenya, Rafinya Alkantara və Filippe Koutinyonu da satmaq niyyətindədir.

“Barselona” La Liqada son mövsümü ikinci sırada tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button