“İnter” və “Atletiko” Avropa Super Liqasından çıxdı – rəsmi

İspaniyanın “Atletiko” və İtaliyanın “İnter” klubu Avropa Super Liqasını tərk edib.

Komanda.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. “Atletiko” və “İnter” Avropa Super Liqası layihəsindən çəkildiklərini açıqlayıblar.

Bundan əvvəl İngiltərənin “Liverpul”, “Arsenal”, “Mançester Yunayted”, “Tottenhem”, “Mançester Siti” və “Çelsi” klubları Avropa Super Liqasını tərk etdiklərini açıqlayıblar.

Aprelin 19-da Avropanın 12 klubu Avropa Super Liqasının yaradıldığını bəyan etmişdi. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcəkdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button