“Atletiko”nun futbolçusu ilin sonuna qədər oynamayacaq
İspaniyanın “Atletiko” klubunun zədəli futbolçusu Kiran Trippyerin son durumu məlum olub.
Komanda.az xəbər verir ki, ingilis müdafiəçi ilin sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə “Marca” nəşri məlumat yayıb.
Trippyer La Liqanın 13-cü turunun “Valensiya” ilə matçında (3:3) zədələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin