“Atletiko”nun sabiq kapitanı karyerasını bitirdi
İspaniyanın “Atletiko” klubunun sabiq futbolçusu Qabi karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə 37 yaşlı yarımmüdafiəçi “instagram” hesabında məlumat yayıb. Madrid klubunun keçmiş kapitanı paylaşımında futbolla vidalaşdığını bildirib.
Qabi, 2002-2004, 2005-2007 və 2011-2018-ci illər aralığında “Atletiko”da forma geyinib. Onun son ünvanı Qətərin “Əl Sədd” komandası olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin