“Atletiko” hücumçu transferini rəsmiləşdirdi
İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Madrid təmsilçisi “Herta”dan Mateus Kunyanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
“Atletiko” Braziliya yığmasının da üzvü olan futbolçu üçün Almaniya klubuna 30 milyon avro ödəyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin