“Atletiko” hücumçu problemini həll etdi – 30 milyon avroya

İspaniyanın “Atletiko” klubu heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi “Herta”dan Mateus Kunyanı transfer etməyə yaxındır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Xəbərdə, “Atletiko”nun “Herta” ilə braziliyalı hücumçunun keçidi üçün 30 milyon avro qarşılığında razılaşdığı bildirilib. Madrid klubu yaxın zamanda transferi rəsmiləşdirəcək.

Kunya 2020-ci ilin yanvarından “Herta”da çıxış edir. O, Berlin təmsilçisi ilə 40 oyunda 13 qol vurub, 10 məhsuldar ötürmə edib.

Kunya Braziliya yığmasına da dəvət alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button