“Atletiko” futbolçusunu icarəyə verdi
İspaniyanın “Atletiko” klubu futbolçusu Santyaqo Ariası icarəyə verib.
Komanda.az xəbər verir ki, 29 yaşlı müdafiəçi “Qranada” klubuna keçib. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Arias 2021/2022 mövsümünü “Qranada”da keçirəcək.
Arias 2018-ci ildən “Atletiko”da çıxış edir. O, Madrid təmsilçisi ilə 51 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin