“Atletiko” futbolçusu üçün 120 milyon avro tələb edir

İspaniyanın “Atletiko” klubu futbolçusu Markos Llorentenin transfer dəyərini müəyyənləşdirib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyən klublardan 120 milyon avro tələb edir. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Hazırda Llorente ilə İngiltərənin “Mançester Yunayted” klubu maraqlanır. “Qırmızı şeytanlar” ispan yarımmüdafiəçini heyətinə qatmaq istəsə də, onun üçün 120 milyon avro ödəmək niyyətində deyil.

2019-cu ilin yayında 30 milyon avro qarşılığında “Real”dan “Atletiko”ya keçən Llorente, bu mövsüm 36 oyunda 10 qol vurub, 9 məhsuldar ötürmə edib.

“Atletiko” ilə müqaviləsi 2024-cü ilin yayına qədər olan yarımmüdafiəçinin “transfermarkt”da dəyəri 70 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button