
“Atletiko”da ciddi itki
İspaniyanın “Atletiko” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Kiran Trippyer sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
La Liqanın 13-cü turunun “Valensiya” ilə səfər matçında (3:3) zədələnən ingilis müdafiəçinin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin