“Atletiko”da ciddi itki – “Çelsi” ilə oyunu buraxacaq
İspaniyanın “Atletiko” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Xose Maria Ximenes zədələnib. Bu barədə “Marca” nəşri məlumat yayıb. Uruqvaylı futbolçu marta qədər yaşıl meydanlardan uzaq qalacaq.
Ximenes “Atletiko”nun Çempionlar Liqasının 1/8 final mərhələsinin “Çelsi” ilə ilk matçını buraxmalı olacaq. “Çelsi” – “Atletiko” matçı fevralın 17-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin