“Atletik”də 9 illik müqavilə – 135 milyonluq maddə
İspaniyanın “Atletik” klubu futbolçusu İnyaki Uilyamsın müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçu ilə müddəti 2028-ci ilə qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İnyakinin sərbəstqalma məbləği 135 milyon avro müəyyənləşdirilib.
“Atletik”in yetirməsi olan İnyaki, 2015-ci ildən əsas komandada çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin