38 yaşlı hücumçu ilə yeni müqavilə
İspaniyanın “Atletik” klubu futbolçusu Aris Adurisin müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, Bilbao təmsilçisi 38 yaşlı hücumçuyla müddəti 2020-ci ilin yayına qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2012-ci ildən “Atletik”də forma geyinən Aduris, geridə qalan mövsümdə 23 qarşılaşmada iştirak edərək, 6 qol vurub. İspan hücumçunun əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin