La Liqa klubunda baş məşqçiylə yeni müqavilə

İspaniyanın “Atletik” klubu baş məşqçi Qaiska Qaritanonun müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qaritano ilə müddəti 2021-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

2018-ci ildən “Atletik”də çalışan Qaritanonun müqaviləsi mövsümün sonuna qədər idi.

Koronavirusa görə dayandırılan La Liqada “Atletik” 10-cu sıradadır. La Liqa iyunun 11-də bərpa olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button