Quti istefaya göndərildi
İspaniyanın “Almeriya” klubu baş məşqçisi Quti ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Quti, komandanın dünən Sequndada öz meydanında “Alkorkon”a uduzmasından (0:1) sonra istefaya göndərilib.
“Almeriya” Qutinin ayrılığını yaxın zamanda rəsmən açıqlayacaq. 43 yaşlı mütəxəssis ötən ilin noyabrından Sequnda təmsilçisinə başçılıq edirdi.
“Almeriya” hazırda 56 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin