Eddi İsrafilovun komanda yoldaşı “Barselona”ya keçir
İspaniyanın “Albasete” klubunda forma geyinən Rey Manay karyerasını “Barselona”da davam etdirə bilər.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi 22 yaşlı hücumçunun transferində artıq razılıq əldə edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Barselona”nın Manay transferini yaxın zamanda rəsmən açıqlayacağı gözlənilir. Albaniyalı futbolçunun “Barselona”nın B komandasında forma geyinəcəyi bildirilir.
Albaniya yığmasının da üzvü olan Manay, 2019-cu ilin yayında “İnter”dən “Albasete”yə keçib. Sequnda təmsilçisində Azərbaycan millisinin üzvü Eddi İsrafilov da forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin