“Özümü çox yaxşı hiss edirəm” – Azərbaycan millisinin üzvü
İspaniyanın “Albasete” klubunda forma geyinən Azərbaycan millisinin üzvü Eddi İsrafilov açıqlama verib.
Komanda.az “eldigitaldealbacete.com” saytına istinadən xəbər verir ki, Eddi, Sequndanın ilk turunda “Espanyol”a məğlub olduqları oyun (0:3) haqda da danışıb:
“Məşqçimizin bizdən istədiyi kimi işləyirik. Yeni komandayıq və bu mövsüm iddialılar arasında olmaq istəyirik. “Espanyol”la oyundan nəticələr çıxarmağa çalışdıq. Hər şey qaydasında olmasa da, hələ heç nə bitməyib. Nə onlar yüksəlib, nə də biz enmişik.
Bu həftə “Ponferradina”ya qarşı oynayacağıq. Ötən həftə etdiyimiz səhvləri düzəltməyə çalışacağıq. Böyümək istəyən, gənc və təvazökar bir komandayıq.
Özümü çox yaxşı hiss edirəm. Mövsüm yeni başlayıb və daha da yaxşı olacam”.
Bizi Facebook-da izləyin