“Sevilya”nın sabiq baş məşqçisi yenidən La Liqada
İspaniyanın “Alaves” klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin “sükan”ı Pablo Maçinə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı mütəxəssislə bir illik müqavilə imzalanıb. Maçin baş məşqçi postunda Xuan Ramon Lopes Munisi əvəzləyib.
Pablo Maçin İspaniyada daha əvvəl “Numansiya”, “Jirona”, “Sevilya” və “Espanyol” klublarını çalışdırıb. O, son olaraq Çinin “Tsindao Haynyu” klubunda baş məşqçilik edib.
“Alaves” La Liqada son mövsümü 39 xalla 16-cı pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin