“Atletiko”nun futbolçusu 3 klubun “radar”ındadır
Yarımmüdafiəçi Saul Niqes yay transfer pəncərəsində “Atletiko”dan ayrılmağa yaxındır.
Komanda.az “Todofichajes” portalına istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun İspaniya çempionatında qalmaq üçün üç variantı var. Saulun xidmətinə “Valensiya”, “Sevilya” və “Betis” maraq göstərir.
İspaniyalı yarımmüdafiəçinin transferi 7,5 milyon avro olaraq qiymətləndirilir və onun klubla müqaviləsi 2026-cı ilin yayında başa çatır.
Niqes La Liqanın son mövsümündə 34 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin