Qalmaqal: La Liqanın 2 klubu danışılmış oyunlarda şübhəli bilinir

İspaniyanın “Vilyarreal” və “Xetafe” klubu danışılmış oyunlarda şübhəli bilinir.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Klubların 2018-19 mövsümündə danışılmış oyunlarda iştirak etdiyi bildirilir. Komandalar keçən mövsümün 38-ci turunda 2:2 hesablı bərabərliyə razılaşıb. Bununla da, “Xetafe” mövsümü 5-ci pillədə, Çempionlar Liqasına vəsiqə qazanan “Valensiya”dan 2 xal geridə bitirib.

Sabiq futbolçular – Karlos Aranda və Pako Estebanın səsyazması yayılıb. Dialoqda “Xetafe”nin futbolçusu Xorxe Molinanın adı hallanır. Aranda Estabana Molina ilə əlaqə saxlamağı tapşırıb.

Hər iki komandanın futbolçularına iki milyon avroya yaxın məbləğ ödənildiyi güman edilir.

Sözügedən klublar bu xəbəri təkzib edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button