İspaniyalı qapıçı “Bornmut”da – Rəsmi
“Çelsi” qapıçısı Kepa Arrisabalaqanı icarəyə verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı qolkiper mövsümün sonunadək “Bornmut”da çıxış edəcək.
İspaniyalı qapıçı ötən mövsüm ölkəsində “Real”ın formasını geyinib. O, icarə əsasında çıxış etdiyi Madrid təmsilçisində 20 matçda meydanda olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin