İspaniyalı məşqçi La Liqada klub dəyişdi
İspaniyanın “Espanyol” klubu baş məşqçisi Xoan Fransesk Ferrer Siçiliya (daha çox “Rubi” kimi tanınır) ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. La Liqada 20 kollektiv arasında mövsümü 7-ci pillədə başa vurmasına, komandanı Avropa Liqasına çıxarmasına baxmayaraq, klub rəhbərliyi onu saxlamaq istəməyib.
Rubi “Espanyol”dan ayrıldıqdan dərhal sonra, La Liqanın digər təmsilçisi “Betis”ə keçib. Son mövsümü 10-cu sırada bitirmiş bu klubla 49 yaşlı mütəxəssis arasında 2022-ci ilədək müqavilə imzalanıb.
“Betis”i geridə qalan mövsümdə Kike Setyen çalışdırırdı. O, 2017-ci ildən bu vəzifədə işləyirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin