Mobil telefonun qurbanı oldu

İspaniyalı keçmiş futbolçu Santyaqo Otero vəfat edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı sabiq futbolçu evindəki vannada ölü tapılıb.

O, elektrik cərəyanı vurması nəticəsində vəfat edib. Otero mobil telefonun batareyasını doldurarkən cihaz suya düşüb və bu zaman onu elektrik cərəyanı vurub.

Otero “Real Ovyedo”nun gənclər komandasında və bir neçə yerli klubda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button