İspaniyalı hücumçu “Barselona”nı tərk edə bilər
“Barselona”nın hücumçusu Ansu Fati yay transfer pəncərəsinin son günlərində komandasını dəyişə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Jirona” 21 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.
İspaniyalı forvardın transfer dəyəri 25 milyon avro qiymətləndirilir və onun “Barsa” ilə müqaviləsi 2027-ci ilin iyununda başa çatır.
Fati ötən mövsüm İngiltərənin “Brayton” klubunda icarə əsasında çıxış edib. O, Premyer Liqada keçirdiyi 19 matçda 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin