İspaniyalı məşhur hakim karyerasını bitirdi

İspaniyalı hakim Antonio Mateo Laos karyerasını bitirdiyini açıqlayıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, La Liqada 2022/23 mövsümünün sonuncu – 38-ci turunun “Malyorka” – “Rayo Valyekano” (3:0) matçında futbolçular Laos üçün fəxri dəhliz yaradıblar.

46 yaşlı ədalət təmsilçisi 15 il La Liqada çalışıb.

Mateo Laos DÇ-2018 və DÇ-2022-də də iş başında olub. Eyni zamanda, o, 2021-ci ildə baş tutan UEFA Çempionlar Liqasının final matçını da idarə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button