
İspan futbolçunun “Napoli”yə transferi an məsələsidir
“Sevilya”nın müdafiəçisi Xuanlu Sançes karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Komanda.az “TMW Radio”-ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu “Napoli” ilə şəxsi razılığa gəlib və transferin rəsmiləşməsi an məsələsidir.
Müqavilənin dəyərinin 17 milyon avro olacağı bildirilib. Xuanlu yaxın günlərdə Neapola yollanaraq, tibbi müayinədən keçəcək və müqavilə imzalayacaq.
İspaniyalı futbolçu ötən mövsüm “Sevilya”nın heyətində 35 matçda oynayıb, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. “Napoli” A Seriyasının son çempionudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



