İspaniyalı futbolçu yenidən Premyer Liqada

“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniya millisinin və Portuqaliyanın “Sportinq” komandasının sağ cinah müdafiəçisi Pedro Porronu heyətinə qatıb.

23 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. İngilislər yarım mövsümlük icarə üçün 5, futbolçunun transfer hüququnu almaq üçün isə 25 milyon avro ödəyəcəklər.

Karyerasına “Peralada”da başlamış Pedro daha sonra “Jirona”dakı çıxışı ilə diqqət çəkib. Müdafiəçi 2019-cu ildə 12 milyon avro qarşılığında İngiltərənin “Mançester Siti” klubuna keçib. Amma o, bu komandada forma şansı qazanmadığı üçün “Valyadolid”ə icarəyə verilib. 2020-ci ildə də “Sportinq” futbolçunu icarəyə götürüb. 2022-ci ilin yayında Portuqaliya klubu “şəhərlilər”ə 8.5 milyon avro ödəyərək Porronun transfer hüquqlarını da alıb. “Sportinq”də 98 matçda 12 qol vurmuş futbolçu İspaniya millisində də 1 oyun keçirib.

“Tottenhem”də forma geyinən İspaniya yığmasının digər üzvü Brayan Xil isə “Sevilya”ya icarəyə verilib. 21 yaşlı sol cinah vingerinin bu mövsümün sonunadək La Liqa klubunda forma geyinəcəyi açıqlanıb. London təmsilçisi İngiltərədən olan yarımmüdafiəçisi Harvi Uaytı da “Derbi Kaunti”yə icarəyə verib. 21 yaşlı futbolçu mayın 31-nə kimi bu komandada forma geyinəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button