
İspaniyalı futbolçu “Sportinq”ə keçib
“Barselona” müdafiəçisi Hektor Bellerinlə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, ispaniyalı futbolçu Portuqaliyanın “Sportinq” klubuna keçib.
27 yaşlı müdafiəçi yeni klubu ilə 2023-cü ilin 30 iyununa kimi anlaşıb.
Belyerin cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlər daxil olmaqla, 7 matçda iştirak edib. O, 2022-ci ilin yayında “Arsenal”dan “Barselona”ya keçmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin