İspaniyalı futbolçu qərar verib: Yayda “Real”a keçəcək

İspaniya millisinin və “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi karyerasını harada davam etdirəcəyinə qərar verib.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu yayda komandasını dəyişəcək. O, “Real”a keçməyə qərar verib.

26 yaşlı yarımmüdafiəçinin transfer dəyəri 60 milyon avro qiymətləndirilir və onun klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına kimi hesablanıb. O, 2020-ci ilin sentyabrından “Real Sosyedad”da çıxış edir.

Subimendi İspaniya çempionatının cari mövsümündə 21 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button