İspaniyalı futbolçu polis tərəfindən saxlanıldı

İspaniyanın “Valensiya” klubunun futbolçusu Rafa Mir cinsi təcavüzdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb.

Komanda.az xəbər verir ki, 27 yaşlı oyunçu hazırda polis bölməsindədir və hadisə ilə bağlı ifadəsi alınacaq.

İspaniyalı futbolçu iki qadının polisə rəsmi şikayəti əsasında bazar ertəsi saxlanılıb.

İcarə əsasında “Valensiya”da çıxış edən Rafa Mir cari mövsüm iki matçda meydana çıxıb. O, müqavilə ilə “Sevilya”ya məxsusdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button