İspaniyalı futbolçu “Real”dan ayrılmaq istəmir

Dani Sebalyos gələcəyi ilə bağlı qərar verib.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Real”da qalacaq.

Sebalyosa bir sıra klublardan təkliflər olsa da, o, “kral klubu”nda qalmağa üstünlük verib və əmindir ki, nə vaxtsa özünü sübut etmək imkanı olacaq.

27 yaşlı yarımmüdafiəçi “Real”da 147 rəsmi oyun keçirib, 7 qol vurub və 14 məhsuldar ötürmə edib.

“Real” hazırda ABŞ-da təlim-məşq toplanışındadır. Karlo Ançelottinin yetirmələri avqustun 1-nə keçən gecə “Milan”la yoxlama görüşündə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button