
İspaniyalı futbolçu Flikdən narazılığını bildirdi
“Barselona”nın yarımmüdafiəçisi Pablo Torre komandanın baş məşqçisi Hans-Diter Flikin ona az oyun vaxtı verməsindən narazılığını bildirib.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu daha çox şansa layiq olduğunu söyləyib:
“Bu, məşqçinin qərarlarıdır. Onlara hörmət edirəm, amma çox vaxt başa düşmürəm. Zədələrin olmaması seçim imkanlarını çətinləşdirirdi, rəqabət çox yüksək idi. Amma yenə də, düşünürəm ki, daha çox şansa layiq idim. Bu barədə baş məşqçiyə də demişəm. Meydana çıxdığım zaman yaxşı performans göstərirdim”.
22 yaşlı futbolçu son mövsümdə bütün turnirlərdə 14 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



