
İspaniyalı futbolçu “Fənərbaxça”nın təklifini rədd edib
“Bayern”in yarımmüdafiəçisi Brayan Saraqosa “Fənərbaxça”nın təklifini rədd edib.
Komanda.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb.
23 yaşlı futbolçu İstanbul klubunun qalmaqallı baş məşqçisi Joze Mourinyonun reputasiyasından ehtiyatlanıb.
Milyonlarla avroluq ikirəqəmli məbləğ şəklində sərfəli təklifə baxmayaraq, Saraqosa İstanbula köçməkdən imtina etmək qərarına gəlib. “Bayern” rəhbərliyi həm tam satış, həm də icarə əsasında ispan futbolçu ilə artıq bu transfer pəncərəsində yollarını ayırmaq niyyətindədir. Əksər klublar müvəqqəti transfer variantına da meyl edirlər.
Saraqosa son mövsümdə Münhen komandasının heyətində 28 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Bizi Facebook-da izləyin