
İspan futbolçu yayda klubunu dəyişmək haqda düşünüb
Leverkuzen “Bayer”inin və İspaniya millisinin müdafiəçisi Alexandro Qrimaldo yay transfer pəncərəsində klubunu dəyişmək imkanını dəyərləndirmədiyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu sonda hazırkı komandasına sadiq qalmaq qərarına gəldiyini bildirib:
“Bu yay keçid barədə düşündüm, amma sonda özümə dedim: “Qalacam”. Bu, yaxşı qərardır. Leverkuzendə azarkeşlərin məni sevdiyini və klubun qiymətləndirdiyini hiss edirəm. Daha bir il burada mənim üçün yaxşı seçim olacaq”.
30 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 6 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Bayer”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



