İspan futbolçu “Arsenal” üçün tibbi müayinədən keçib
“Real Sosyedad”ın yarımmüdafiəçisi Mikel Merino “Arsenal”a keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu Londona uçub və tibbi müayinədən uğurla keçib. Hazırda klublar transferin son detallarını razılaşdırırlar. Müqavilənin məbləği 32 milyon avro olaraq qiymətləndirilir. Merino “Arsenal”la 4 illik müqavilə imzalayacaq.
28 yaşlı yarımmüdafiəçi son mövsümdə 45 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin