FİFA referisi koronavirusa yoluxdu
İspaniyalı futbol hakimi Antonio Mateu Laosda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 43 yaşlı referinin koronavirus testi müsbət çıxıb və o, karantinə alınıb.
Laos 2008-ci ildən La Liqa oyunlarını idarə edir. O, 2011-ci ildən FİFA referisidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin