İspaniyanın 2 klubunun hədəfindədir – “Yuventus”da ehtiyatda qalan futbolçu
“Yuventus”un yarımmüdafiəçisi Artur Melo qış transfer pəncərəsində İspaniyaya keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə “Jirona” və “Betis” klubları maraqlanır.
“Yuventus” Melonun satışından təxminən 15 milyon avro qazanacağını gözləyir və klub müzakirəyə hazırdır. “Jirona” və “Betis”dən başqa, “Komo”, “Benfika” və “Marsel” də 28 yaşlı futbolçunu heyətində görmək istəyir.
Melo cari mövsümdə meydana çıxmayıb. Onun “Yuventus”la müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin