
“Barselona” və “Real” kamerunlu hücumçu ilə maraqlanır
“Levante”nin hücumçusu Etta Eyonq mövsümün sonunda klubunu dəyişə bilər.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçuya “Barselona” və “Real” maraq göstərir. Bundan başqa, İngiltərə Premyer Liqasının üç top-klubu – “Mançester Siti”, “Mançester Yunayted” və “Arsenal” da onu transfer siyahısına daxil edib.
Kamerunlu forvard özü komandasını artıq yanvarda dəyişmək istəsə də, böyük ehtimalla, bu keçid yalnız 2026-cı il dünya çempionatından sonra baş tutacaq: hansısa klub qışda risk edib onu transfer etməsə.
Eyonq cari La Liqa mövsümündə 10 oyunda 6 qol vurub və bombardirlər yarışında ikinci yerdədir. O, yalnız Kilian Mbappedən (“Real”) geri qalır. Onun hesabında həmçinin 3 məhsuldar ötürmə var.
Bizi Facebook-da izləyin



