“Arsenal”ın yarımmüdafiəçisi La Liqadan 2 klubun “radar”ındadır

“Arsenal”ın yarımmüdafiəçisi Tomas Parti İspaniya çempionatına keçə bilər.

Komanda.az “deadlinedaylive”-ə istinadən xəbər verir ki, qanalı yarımmüdafiəçi ilə La Liqanın iki klubu maraqlanır. Söhbət “Barselona” və “Atletiko”dan gedir.

Parti 2012-2020-ci illərdə “Atletiko”da çıxış edib.

31 yaşlı futbolçunun “topçular”la hazırkı müqaviləsinin müddəti bu ilin iyununun sonuna kimidir. O, Premyer Liqanın cari mövsümündə 30 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button