“Real” ingiltərəli futbolçu ilə maraqlanır

İngiltərə millisinin və “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu İspaniya top-klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun xidmətində iki Madrid klubu – “Real” və “Atletiko” maraqlıdır.

Mətbuatda daha əvvəl Mainunun yeni komandaya keçidə müsbət yanaşa biləcəyi haqda xəbərlər yayılmışdı. Onun “qırmızı şeytanlar”la hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button