Ta üçün İspaniyanın 1, İngiltərənin 2 klubu mübarizə aparır

Almaniya millisinin və Leverkuzen “Bayer”inin müdafiəçisi Conatan Taya Avropa klubları arasında tələbat böyükdür.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, almaniyalı oyunçu uğrunda mübarizədə “Barselona”, “Liverpul” və “Tottenhem”i iştirak edir.

29 yaşlı futbolçunun transfer dəyəri 30 milyon avrodur. Onun “əczaçılar”la hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. O, Almaniya çempionatının cari mövsümündə 25 oyun keçirib, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button