İspaniyada futbol çempionatı dayandırıla bilər!

Futbol üzrə İspaniya çempionatı dayandırıla bilər.

Komanda.az “La Saeta Rubia” nəşrinə istinadən xəbər verir ki, bu barədə qərar oktyabrın 27-də veriləcək. Bu barədə La Liqanın prezidenti Xavyer Tebas məlumat verib.

Tebas bildirib ki, buna səbəb İspaniyada idmanla bağlı yeni qanunun qəbul olunmasıdır. Bu yenilik İspaniya komandalarına həm daxili yarışlarda, həm də Super Liqada oynamaq imkanı verir. Bu da La Liqa ilə CVC fondu arasında 2 milyard avroluq müqaviləni təhlükə altına atır. La Liqa və Sequndanın 42 klubundan 39-u bu qanunun dəyişdirilməsini tələb edir. Yalnız “Real”, “Barselona” və Atletik” əks mövqedədir.

Oktyabrın 27-də La Liqanın növbədənkənar iclası planlaşdırılır. Toplantıda yarışın dayandırılmasının mümkünlüyü nəzərdən keçiriləcək.

Avropa Super Liqasının yaradılması ideyası iflasa uğrasa da, təşəbbüskarları hələ də yeni turnir yaratmaq fikrindən daşınmayıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button