“İspaniyada başladım, Mançesterdə davam etdim, İtaliyada sevirəm”
“Fiorentina” İtaliya çempionatının son turunda doğma meydanda “Milan”ı 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmanın əsas qəhrəmanı iki penaltini qaytaran komandanın 33 yaşlı qapıçısı David de Xea olub.
Komanda.az xəbər verir ki, ispaniyalı qolkiper oyundan sonra sosial şəbəkə hesabındakı paylaşımına şəklini əlavə edərək, bunu yazıb:
“İspaniyada başladım, Mançesterdə davam etdim, İtaliyada sevirəm”.
David de Xea 2024-cü ilin avqustunda “Fiorentina” ilə müqavilə bağlayıb. O, həmin vaxta qədər “Mançester Yunayted”dən ayrıldıqdan sonra bir ildən çox komandasız qalıb.
“Fiorentina” hazırda A Seriyasının turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin