İspaniya yığmasından və Serxio Ramosdan rekord
Futbol üzrə İspaniya yığması AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində səfərdə qarşılaşdığı Norveçlə oyunda ilk xal itkisi ilə üzləşib.
Komanda.az xəbər verir ki, 1:1 hesabıyla başa çatan qarşılaşmada ispanların vaxtından əvvəl Avropa çempionatına vəsiqəni təmin etmək arzusu gerçəkləşməyib.
Lakin qarşılaşma İspaniya yığması üçün iki tarixi hadisə ilə əlamətdar olub. Belə ki, İspaniya millisinin tarixində ilk dəfə start heyətində yer alan 11 futbolçu 11 müxtəlif klubun təmsilçisi olub.
Bunlar İngiltərə təmsilçiləri “Çelsi” (Kepa Arrisabalaqa), “Arsenal” (Daniel Sebalyos), Fransa çempionu PSJ (Xuan Bernat), İtaliya “Napoli”si (Fabian Ruis) və yerli klublar “Real” (Serxio Ramos), “Vilyarreal” (Raul Albiol), “Sevilya” (Xesus Navas), “Atletiko” (Saul Niqes), “Barselona” (Serxio Buskets), “Valensiya” (Rodriqo), “Real Sosyedad” (Mikel Oyarzabal) komandalarıdı.
“Real”ın yeganə nümayəndəsi Serxio Ramos isə millidə 168-ci oyununa çıxmaqla bu göstəricidə mütləq rekorda imza atıb. O, sabiq komanda yoldaşı İker Kasilyası (167) arxada qoyub.
Bizi Facebook-da izləyin