
Ukraynalı müdafiəçi İspaniya və İtaliya klublarının hədəfindədir
“Everton”un müdafiəçisi Vitali Mikolenko İtaliya və İspaniya klublarının marağına səbəb olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa klublarının skautları ukraynalı futbolçunun oyunlardakı ardıcıl uğurlu çıxışından təsirləniblər.
Mikolenkonun “Everton”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonunda bitəcək. 26 yaşlı müdafiəçi bu mövsüm Premyer Liqanın 6 oyununda meydana çıxıb və heç bir qol vurmayıb. Onun bir sarı vərəqəsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



