“Barselona” yunan hücumçu ilə maraqlanır

“Benfika”nın hücumçusu Vangelis Pavlidis yay transfer pəncərəsində komandasını dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yunan futbolçunun xidmətində İspaniyanın “Barselona” və “Atletiko”, İngiltərənin isə “Çelsi” və “Nyukasl” klubları maraqlıdır.

26 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 46 matçda meydana çıxıb, 24 qol vurub və 10 məhsuldar ötürmə verib. Onun Portuqaliya klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button