
İspaniya superkubokunun təqvimi açıqlandı
İspaniya superkubokunun təqvimi məlum olub.
Komanda.az xəbər verir ki, yeni formatda keçirilən turnirin yarımfinal mərhələsinin oyunları yanvarın 8 və 9-da keçiriləcək. Bu barədə “Barselona” klubunun rəsmi saytı məlumat yayıb.
Yanvarın 8-də “Valensiya” ilə “Real”, 9-da isə “Barselona” ilə “Atletiko” qarşılaşacaq. Hər iki oyun saat 23:00-da start götürəcək.
Səudiyyə Ərəbistanında təşkil olunacaq superkubokun həlledici görüşü isə yanvarın 12-də, saat 22:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin