
İspaniya qran-prisinin qalibi bəlli oldu
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə İspaniya qran-prisinin qalibi olub.
Komanda.az xəbər verir ki, “Mercedes”in iki sürücüsü Luis Hemilton və Corc Rassel yarışı 2-ci və 3-cü pillələrdə başa vurublar
Maks Ferstappenin komanda yoldaşı meksikalı Serxio Peres isə 4-cü olub.
Növbəti qran-pri iyunun 18-də Kanadada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin